Lvovda səfərdə olan Polşa prezidenti Anjey Duda ölkəsinin Ukraynaya “Leopard 2” tanklarını təhvil verəcəyini bildirib. 

"Unikal" xəbər verir ki, o, bunun beynəlxalq koalisiya çərçivəsində həyata keçiriləcəyini deyib.

“Biz qərara gəldik ki, Polşa tərəfinin bu cür dəstəyi Ukraynaya verilsin. “Leopard” tanklarından ibarət qrup beynəlxalq koalisiyanın tərkibində təhvil veriləcək”, - deyə Polşa prezidenti vurğulayıb.

Qeyd edək ki, Polşada 240-dan çox "Leopard 2" tankı var.