Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova  Estoniya hakimiyyətinin Rusiyanın Tallinndəki səfirliyinin diplomatlarının və texniki işçilərinin sayının azaldılmasını və Estoniyanın Moskvadakı diplomatik missiyasının indiki əməkdaşlarının sayına bərabərləşdirilməsini tələb etməsi ilə bağlı məlumatlara münasibət bildirib. 

"Unikal" bu barədə  Rusiya Xarici İşlər Nazirliyinə istinadən xəbər verir.

M. Zaxarova vurğulayıb ki, Estoniya hakimiyyəti bilməlidir ki, onların hər hansı düşməncəsinə hərəkətləri cavabsız qalmayacaq

“Bizə çoxdan sirr deyil ki, Estoniya Rusiyaya qarşı ən düşmən dövlətlərdən biridir. Rusofobiya burada rəsmi doktrina səviyyəsinə qaldırılıb”, - Zaxarova deyib.

Ramil Zeynallı