Fransa Futbol Federasiyasının (FFF) rəhbəri vəzifəsindən kənarlaşdırılıb.

"Unikal" xəbər verir ki, FFF İcraiyyə Komitəsi federasiyanın yoxlamasının nəticələri dərc olunana qədər Noel Le Qreni vəzifəsindən uzaqlaşdırmaq qərarına gəlib.

Təşkilatın vitse-prezidenti vəzifəsini icra edən Filip Diallo Fransa Futbol Federasiyasının prezidenti səlahiyyətlərini icra edəcək.

Xatırladaq ki, Le Qre Zinəddin Zidan haqqında dediyi sözlərə görə tənqid olunmuşdu. Həmçinin keçmiş FFF əməkdaşları onu nalayiq davranışda ittiham ediblər.