Rusiyanın Ukraynada apardığı xüsusi hərbi əməliyyata rəhbərlik Silahlı Qüvvələrin Baş Qərargah rəisi Valeri Gerasimova tapşırılıb.

"Unikal" Rusiya Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, bu barədə müdafiə naziri Sergey Şoyqu müvafiq əmr imzalayıb.
Bildirilib ki, Şoyqu xüsusi əməliyyata rəhbərlik etmək üçün yeni təyinatlar edib. Baş Qərargah rəisi Valeri Gerasimov Birləşmiş Qüvvələr Qrupunun komandanı təyin edilib.