SpaceX və Tesla şirkətlərinin idarəçisi, amerikalı milyarder İlon Mask Ginnesin Rekordlar Kitabına düşüb. O, itirilmiş pul məbləğinə görə dünya rekordu qırıb. 

"Unikal" xəbər verir ki, bu barədə Business Insider məlumat yayıb.

Ginnesin Rekordlar Kitabı tərəfindən yayımlanan açıqlamada, "İlon Mask rəsmi olaraq tarixdə ən böyük şəxsi sərvət itkisinə görə dünya rekordu qırdı" deyilir. Təşkilat öz qərarında Forbes məlumatlarına istinad edir, ona görə Maskın şəxsi kapitalı cəmi bir ildə 183 milyard dollar azalıb. 

"Narahat olmayın! Mask tarixdə hər hansı digər insandan daha çox pul itirsə də, o, dünyanın ikinci ən zəngin insanı olaraq qaldığı üçün heç vaxt ac qalmayacaq”, - Ginnesin Rekordlar Kitabının bəyanatında deyilir.