İran şirkəti üçün göndərilmiş içərisində uran olan bağlama London aeroportunda müsadirə olundu.

"Unikal" xəbər verir ki, London polisi bildirib ki, ötən il dekabrın 29-da Londonun Hitrou hava limanında sərnişin təyyarəsinin baqajından içərisində uran olan bağlama aşkarlanıb.

Britaniya mətbuatının məlumatına görə, bomba istehsalında istifadə oluna bilən bu nüvə və öldürücü materiallar iranlı alıcısına çatdırılmaq üçün Pakistandan Omana, oradan isə Hitrou hava limanına göndərilib.

Silahlar üzrə ekspert dr. Börton Qordon deyib: “Nüvə təhlükəsi Soyuq Müharibədən bəri heç vaxt bundan yüksək olmayıb”.

“The Sun” qəzeti xəbər verir ki, “Xüsusi skanerlər maddəni yük anbarına daşınarkən aşkar etdikdən sonra Hitrou hava limanında həyəcan siqnalı verilib”.

London polisinin terrorla mübarizə şöbəsi bununla bağlı ətraflı araşdırmalara başlayıb.