Türkiyənin müdafiə naziri Hulusi Akar ukraynalı həmkarı Aleksey Reznikova ilə söhbətində Ukraynada dərhal atəşkəsin vacibliyindən danışıb.

"Unikal" xəbər verir ki, Akar qeyd edib ki, Türkiyə başda Prezident Rəcəb Tayyib Ərdoğan olmaqla, bölgədə sülhün təmin edilməsinə və bütün səviyyələrdə humanitar yardımların göstərilməsinə töhfə verməyə davam edəcək.

O, bildirib ki, Qara Dəniz Taxıl Təşəbbüsü sənədi çərçivəsində yaradılmış Birgə Əlaqələndirmə Mərkəzinin işi sayəsində 17 milyon tona yaxın taxıl Ukrayna limanlarından ehtiyacı olan ölkələrə təhlükəsiz şəkildə daşınıb.