Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) baş direktoru Rafael Qrossi gələn həftə Ukraynaya, oradan isə Rusiyaya səfər etməyi planlaşdırır.

"Unikal" xəbər verir ki, bu barədə o, İtaliyanın Rainews24 kanalına müsahibəsində bildirib.

Səfər zamanı o, Ukrayna prezidenti Volodimir Zelenski və Rusiya prezidenti Vladimir Putinlə görüşəcək.

“Gələn həftə yenidən Ukraynada olacağam, Ukrayna prezidenti Zelenski, baş nazir Denis Şmıqal, xarici işlər naziri Dmitri Kuleba ilə görüşməyi gözləyirəm. Sonra Rusiyaya getməyə ümid edirəm", - deyə Qrossi qeyd edib.

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Putinin hələlik Qrossi ilə görüşmək planlarının olmadığını bildirib.