İspaniyanın Marbella şəhərindəki limanda güclü yanğın baş verib. 

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, yanğında 80-ə yaxın qayıq yanaraq kül olub.

Yanğın texniki-təmir müəssisəsində axşam saatlarında qeydə alınıb. Limanın girişi mühasirəyə alındıqdan sonra alov 2 saat ərzində söndürülüb. 

Yanğının səbəbi hələlik məlum deyil.

Ağarza Elçinoğlu