Rusiyada iki müqaviləli əsgər hərbi hissələrdən qaçıb. 

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Moskva vilayətində baş verib. 

Hazırda hərbçilərin harada olması barədə heç nə məlum deyil. 

Məlumata görə, 32 yaşlı müqaviləli hərbi qulluqçu Andrey A. Krasnoqorskda gecə saatlarında qaçıb. Onun yanında silah olub-olmaması və hansı səbəbdən bölməni tərk etməsi barədə məlumat yoxdur. Həmin gecə müqavilə ilə işləyən 36 yaşlı Aleksandr B. də hərbi hissəni naməlum şəkildə tərk edib. 

Hər iki hadisələrlə bağlı hüquq-mühafizə orqanları yoxlamalar aparır.

Ağarza Elçinoğlu