Yanvarın 12-də günorta saatlarında İstanbulun Bağçılar səmtindəki biznes mərkəzində partlayış baş verib .

"Unikal" xəbər verir ki, bu barədə NTV telekanalı məlumat yayıb .

Hadisə nəticəsində ölənlərin olduğu dəqiqləşdirilir. Hadisənin səbəbi müəyyənləşdirilir.

İlkin məlumata görə, partlayışa mərkəzin binasında yerləşən tekstil istehsalı atelyesində məişət qazının sızması səbəb olub.

Hadisə yerinə polis bölmələri, xilasedicilər və təcili yardım maşınları göndərilib.