Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan yanvarın 13 və 14-də Rusiya və Ukrayna liderləri Vladimir Putin və Volodimir Zelenski ilə telefon danışığı aparmaq niyyətindədir. O qeyd edib ki, danışıqların əsas mövzusu humanitar dəhlizin yaradılması ilə bağlı məsələlər olacaq.

"Unikal" xəbər verir ki, son xəbərlərə görə, prezident Ərdoğan Rusiya və Ukrayna arasında humanitar dəhliz yaratmaq üçün bu gün və ya sabah Putin və Zelenski ilə danışıqlar aparacaq.

Malkoç daha əvvəl demişdi ki, Ankara Rusiya ilə Ukrayna arasında humanitar dəhliz açmağa ümid edir. Onun sözlərinə görə, Ukrayna böhranından əziyyət çəkən uşaqlara, qadınlara və yaralılara kömək məqsədilə Türkiyənin vasitəçiliyi ilə yolun yaradılması planlaşdırılır.

Ərdoğan Ukraynada yaralılar üçün humanitar dəhlizin açılmasını da dəstəkləyib . O, ombudsmanların “21-ci əsrdə insan haqlarının gələcəyi” beynəlxalq konfransında çıxışı zamanı qeyd edib ki, Ankara qurbanların müalicəsini öz üzərinə götürməyə hazırdır.