“Ukrayna prezidenti Volodimir Zelenskinin təklif etdiyi sülh planı” ilə bağlı Türkiyənin qiymətləndirməsini Rusiya bölüşmür.

"Unikal" xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova cümə axşamı keçirdiyi brifinqdə bildirib.

“Biz Türkiyənin Zelenskinin qondarma sülh planına verdiyi qiymətdən yaxşı xəbərdarıq, bununla razılaşa bilmərik, Ankaranın Kiyev rejiminin bu öhdəliyinə dəstəyi Ukraynada sülhə nail olmaq üçün optimal yolların axtarışına çətin ki, töhfə versin. Dəfələrlə bu planın ölkəmiz üçün qəbuledilməzliyindən danışıb”, - Zaxarova bildirib.

Gültəkin Ələsgər