İsveçin Ankaradakı səfiri Staffan Herrström yanvarın 11-də Stokholmda Kürdüstan Fəhlə Partiyasına (Türkiyədə terrorçu kimi tanınan PKK) dəstək aksiyası ilə əlaqədar cümə axşamı Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb.

"Unikal" xəbər verir ki, bu barədə diplomatik mənbələr məlumat yayıb.

Səfirə “sərt etiraz” gəlib. “İsveçin öhdəliklərini açıq şəkildə pozan və ölkəmiz üçün açıq təhdid olan bu cür terror aktlarına yol verilməməsi ilə bağlı kəskin qınaq və tələb edilib”, - deyə diplomatik mənbə bildirib. Səfirə bildirilib ki, Ankara bu aksiyanı təşkil edənlərin tapılaraq məsuliyyətə cəlb olunmasını gözləyir.

Telekanalın məlumatına görə, bir neçə yüz nəfərin iştirak etdiyi aksiya zamanı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana qarşı təhqiramiz hərəkətlər edilib. Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının sədr müavini Numan Kurtulmuş hadisəni “təkcə Türkiyə prezidentinə deyil, bütün Türkiyəyə hücum” adlandırıb.