Ukraynanın BMT-nin baş katibi Antonio Quterreşin vasitəçiliyi ilə keçirilməsini təklif etdiyi qlobal “sülh sammiti” fevralın 24-də BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında keçirilməlidir.

"Unikal" xəbər verir ki, bu barədə Ukraynanın Türkiyədəki səfiri Vasil Bodnar məlumat verib. 

Diplomat Ukrayna prezidenti Volodimir Zelenskinin G20 sammitində elan etdiyi “sülh formulu”nu xatırladıb.

“Türkiyənin Ukraynanın təklif etdiyi sülh planını dəstəklədiyini və onun həyata keçirilməsində iştirak etməyə hazır olduğunu rəsmən bəyan edən xarici işlər naziri Mövlud Çavuşoğluna təşəkkür edirəm”, - deyə Ukrayna diplomatik missiyasının rəhbəri əlavə edib.