Aeroflot təyyarəsi Banqkokdan Moskvaya gedərkən Səmərqənddə məcburi eniş edib.

"Unikal" xəbər verir ki, səbəb hamilə sərnişində sancıların başlaması olub.

“Ekipaj ən yaxın hava limanına planlaşdırılmamış eniş etmək qərarına gəlib. Qadın hava limanında təcili tibbi yardım maşını ilə götürülərək tibb müəssisəsinə aparılıb”, - Özbəkistan Hava Limanlarının mətbuat xidməti bildirib.

Təyyarədə 364 sərnişin olub.