“The Best” mükafatına Polşa və “Bavariya”nın hücumçusu Robert Levandovski, İspaniyanın “Real Madrid” klubunun kapitanı Kərim Benzema, PSJ-nin hücumçusu Kilian Mbappe və başqaları da namizəddir.

"Unikal" xəbər verir ki, siyahıda 14 futbolçu yer alıb. 

Portuqaliya millisinin kapitanı Kriştiano Ronaldo isə namizədlər arasında olmayıb - dekabrın sonunda o, Səudiyyə Ərəbistanının "Ən-Nasr" klubu ilə müqavilə imzalayıb.

FİFA-nın rəsmi saytında səsvermə fevralın 3-dək davam edəcək.