Ankara İsveç parlamenti sədrinin Türkiyəyə səfərini ölkədə qadağan olunmuş Kürdüstan Fəhlə Partiyasının (PKK) Stokholmda keçirdiyi aksiyaya görə ləğv edib.

"Unikal" xəbər verir ki, bu barədə diplomatik mənbədən bildirilib. 

“Prezident Rəcəb Tayyib Ərdoğan və Türkiyəyə qarşı Stokholmda PKK/YPG terror aktından sonra İsveç parlamentinin sədri Andreas Norlenin yanvarın 17-də Türkiyəyə rəsmi səfəri parlament sədri Mustafa Şentop tərəfindən ləğv edilib”, - mənbə bildirib.

Qeyd edək ki, bir müddət əvvəl Stokholmda PKK tərəfdarlarının aksiyası keçirilib və orada Türkiyənin hazırkı prezidenti Tayyib Ərdoğanın ünvanına bir sıra təhqiramiz ifadələr və jestlər edilib. Mənbə bildirib ki, İsveçin Ankaradakı səfiri Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb və aksiya ilə bağlı ona etiraz edilib.

Gültəkin Ələsgər