Aralıq dənizində 4,4 bal gücündə zəlzələ baş verib.

"Unikal" Türkiyə mətbuatına istinadən xəbər verir ki, Fövqəladə Hallar və Fövqəladə Halların Rəhbərliyinin (AFAD) saytında yer alan məlumata görə , saat 06.31-də Krit adasının cənub-şərqində 4,4 bal gücündə zəlzələ qeydə alınıb.

Dəniz səthinin 6,86 kilometr dərinliyində olan zəlzələnin episentrinin Muğlanın Datça mahalından 260 kilometr uzaqlıqda olduğu müəyyən edilib.