Koronavirusun XBB.1.5 omikron ştamının yeni "kraken" variantı pandemiya tarixində ən yoluxucu mutasiyadır. 

"Unikal" xəbər verir ki, bu barədə Rospotrebnadzor Mərkəzi Elmi-Tədqiqat Epidemiologiya İnstitutunun genomik tədqiqatlar laboratoriyasının rəhbəri Kamil Hafizov bildirib. 

Hafizovun sözlərinə görə, XBB.1.5 əlavə mutasiyaya malik "omikron"un rekombinant alt xəttidir. "Kraken"in genomu iki hissədən ibarətdir, birincisi "kentavr"a (BA.2.75), ikincisi "omikronun" başqa subvariantına aiddir - BA.2.10.1.

""Kraken"in yaratdığı xəstəlik çox asanlıqla inkişaf edir. Bu virusun yaratdığı xəstəlik olduqca asanlıqla, adətən SARS şəklində inkişaf edir, ən azı bu cür məlumatlar XBB.1.5-in artıq geniş yayıldığı xaricdən əldə edilir", - qeyd edib. 

Onu da deyək ki, yeni ştam ilk dəfə Rusiyada yanvarın 12-də aşkar edilib. 

Ağarza Elçinoğlu