Hindistanın qərbindəki Maharaştra ştatında səhər saatlarında sərnişin avtobusu ilə yük maşınının toqquşub.

"Unikal" xəbər verir ki, hadisə nəticəsində azı 10 nəfər ölüb, 12 nəfər yaralanıb. Avtobusda 45 sərnişin olub. Ölənlər arasında qadınlar və uşaqlar da var.

Yaralılar xəstəxanaya çatdırılıb. Onların bəzilərinin vəziyyəti ağırdır. Həkimlər yol qəzalarında ölənlərin sayının arta biləcəyini istisna etmirlər.