Braziliyada bəzi polis və hərbçilər Milli Konqresə basqın edən keçmiş prezident Jair Bolsonaronun tərəfdarları ilə əməkdaşlıq edir.

"Unikal" xəbər verir ki, bunu  ölkənin yeni prezidenti Luiz İnasio Lula da Silva deyib. 

"Bu insanlara Planalto Sarayının darvazasına girməyə icazə verildi, kimsə onların bura daxil olmasını asanlaşdırdı" . - deyə o, ifadə edib. 

Ordunun vəzifəsinin Konstitusiya ilə müəyyən edildiyini vurğulayan Lula, "Onlardan etmələrini istədiyim tək şey vəzifələrini ən yaxşı şəkildə yerinə yetirmələridir" deyib. 

Yerli mətbuatda yer alan iddialara görə, Bolsonaro tərəfdarlarının Konqresə, Prezident Sarayına və Ali Məhkəməyə girişini bəzi əsgər və polislərin qəsdən seyr etdiyi iddia edilib.

Digər tərəfdən, yanvarın 8-də Konqresə və digər hökumət binalarına basqında iştirak etdikləri üçün saxlanılanların sayının 1800-ə çatdığı bildirilib.

2022-ci il oktyabrın 30-da Braziliyada keçirilən prezident seçkilərinin ikinci turunda solçu Lula da Silva 50,9 faiz, ifrat sağçı Bolsonaro isə 49,1 faiz səs toplayıb.

Seçkilərin nəticələri açıqlandıqdan sonra Bolsonaro tərəfdarları ilk olaraq günlərlə ölkədə magistral blokadalar həyata keçirib, daha sonra ordu qərargahı qarşısında keçirdikləri nümayişlərdə silahlı qüvvələri Lulanın prezidentliyə keçməsinə müdaxilə etməyə çağırıblar.

Gülayə Mecid