Rusiya prezidenti Vladimir Putin Başqırdıstanın birinci prezidenti Murtaza Rəhimovla vidalaşmaq üçün Ufaya gedib.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, prezidentin Rəhimovla vidalaşma səfərindən heç bir görüntü yayılmayıb.

Qeyd edək ki, Başqırdıstan Respublikasının birinci prezidenti Rəhimov 2023-cü il yanvarın 11-də 88 yaşında vəfat edib. Siyasətçi uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.

Ağarza Elçinoğlu