Ümumi dəyəri 317 min manatdan artıq olan 6 kiloqrama qədər qızıl-zinət əşyalarınının Gürcüstana keçirilməsinin qarşısı alınıb. 

"Unikal" Gürcüstan KİV-lərinə istinadən xəbər verir ki, Azərbaycan vətəndaşları qızılları Türkiyədən qanunsuz yolla Sarpi keçid məntəqəsi vasitəsilə Gürcüstana keçirməyə cəhd edib. 

Məlumata görə, onlar Gürcüstandan keçməklə qızılları Azərbaycana gətirməyə çalışıblar.

Həmin şəxsləri Gürcüstan Cinayət Məcəlləsinin 214-cü maddəsinin 2-ci hissəsinə əsasən, 5 ildən 7 ilədək azadlıqdan məhrumetmə gözləyir. 

Ağarza Elçinoğlu