Fransa Milli Assambleyasının sədri Yael Bron-Pive Ermənistanın mövqeyindən çıxış edən Fransanın niyə Azərbaycana qarşı sanksiyalar tətbiq etməməsi ilə bağlı erməni jurnalistin sualını cavablandırıb. 

"Unikal" xəbər verir ki, bu barədə Fransa parlamentinin sədri yanvarın 13-də Ermənistanda mətbuat konfransı zamanı deyib. 

Onun sözlərinə görə, ən başlıcası sülh yolu ilə nizamlanma və dialoqun bərpasıdır: "bütün səylərimiz buna yönəlib. Bu gün mümkün sülh və dialoq yolu tükənənə qədər, biz bununla bağlı hər şeyi sınayana qədər başqa yollardan istifadə etmək yersizdir".

Ağarza Elçinoğlu