Belarusda Rusiyanın da iştirakı ilə regional qüvvələr qrupunun aviasiyasının taktiki-uçuş təlimi başlayıb. 

"Unikal" xəbər verir ki, bu barədə yanvarın 16-da Belarus Respublikası Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

"Bu gün qoşunların regional qrupunun aviasiya komponentinə daxil olan Belarus Respublikası və Rusiya Federasiyası Silahlı Qüvvələrinin aviasiya bölmələrinin birgə taktiki-uçuş təlimi başlayıb", - məlumatda deyilir.

Qeyd olunur ki, Rusiya tərəfdən təlimlərdə Aerokosmik Qüvvələrin hərbi birləşmələri iştirak edir.

Ağarza Elçinoğlu