Ukrayna hesab edir ki, ATƏT-i xilas etməyin yeganə yolu Rusiyanı onun tərkibindən çıxarmaqdır.

"Unikal" xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Kiyevdə ATƏT-in hazırkı sədri Buyar Osmani ilə keçirdiyi mətbuat konfransında deyib. 

"ATƏT-i qoruyub saxlamağın yeganə yolu Rusiyanı onun üzvlüyündən çıxarmaqdır. Biz bu nöqtəyə çatana qədər Rusiya Federasiyasını təşkilat daxilində qəbul edilən müəyyən proseslərə və qərarlara təsir imkanından məhrum etmək üçün hər şeyi etmək lazımdır", - XİN rəhbəri bildirib.

Ağarza Elçinoğlu