ABŞ Prezidenti Cozef Baydenlə Almaniya kansleri Olaf Şolts arasında telefon danışığı baş tutub.

“Unikal” xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidmətinin yaydığı bəyanatda deyilir.

Onlar “Ukraynaya sarsılmaz dəstəkdən” danışıb və Rusiyanın hərbi əməliyyat keçirməsini pisləyiblər.

Tərəflər həmçinin, Ukraynaya yardımı da müzakirə ediblər.