İndoneziyada baç verən zəlzələnin 7,2 bal gücündə olduğu dəqiqləşdirilib. 

"Unikal" xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb. 

Təbiət hadisəsinin episentri yerin 48 kilometr dərinliyində qeydə alınıb. 

Zəlzələdən sonra sunami xəbərdarlığı edilib. İtkilər barədə hələ də məlumat verilməyib. 

Ağarza Elçinoğlu 

xxx

08:44

İndoneziya sahillərində 6,3 bal gücündə zəlzələ qeydə alınıb.

"Unikal"ın məlumatına görə, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzindən bildirilib.

Məlumata əsasən, zəlzələnin episentri təxminən 144 min nəfər əhalisi olan Qorontalo şəhərindən 77 km cənub-şərqdə yerləşib. Yeraltı təkanların ocağı 145 kilometr dərinlikdə olub.

Xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib. Sunami təhlükəsi elan edilməyib.