Meksikada qadın polis narkotik kartel üzvləri ilə toqquşmada qaçırılaraq öldürülüb.

"Unikal" xarici mətbuata istinadən xəbər verir ki,  Vanessa Torres Qala adlı polislə yanaşı, bir kişi və qadın məmurlar kartel üzvləri tərəfindən qaçırılıblar. Həmkarlarının xilasetmə əməliyyatında iştirak edən Qala da kartellərin əlinə keçib. 

Əməliyyatdan bir müddət sonra yaxınlıqdakı ərazidən qadının cəsədi aşkarlanıb. Məlum olub ki, narkobaronlar tərəfindən qaçırılan polis təcavüzə və işgəncəyə məruz qalıb. Onlar izi itirmək üçün qadının cəsədini zibil qutusuna atıblar.  

Hadisə yerinə gələn polislər cəsədin Vanessa Torres Qalaya məxsus olduğunu bildiriblər. Ekspertiza rəyinə görə qadın dəfələrlə zorlanıb. Dəhşətlisi odur ki, kartel üzvləri onun sinəsini kəsib və onu tapança ilə öldürüblər. 

Qadın polisin dəhşətli qətli Meksikada gündəm yaradıb. İnsanlar Qalanın ölümünə səbəb olan şəxslərin həbs olunmasını tələb ediblər.

Samirə Bəhramova