"Lukaşenko rejiminin siyasi repressiyaları görünməmiş səviyyəyə çatıb".

"Unikal" xəbər verir ki, bunu  Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə nümayəndəsi Cozep Borrell deyib. 

Avropa diplomatiyasının rəhbəri Belarusda Svetlana Tixanovskaya, Pavel Latuşko və Belarus müxalifətinin Koordinasiya Şurasının digər üzvlərinə qarşı başlayan distant məhkəmə prosesinə belə münasibət bildirib: "Aİ istənilən müstəqil səsi susdurmağa yönəlmiş bu qəddar repressiyaları və siyasiləşdirilmiş məhkəmələri pisləyir".

Borrell xatırladıb ki, bu gün Belarusda 1440-dan çox siyasi məhbus var. Onun sözlərinə görə, rejim repressiya qanunlarını tətbiq etməklə belarusluların hüquq və azadlıqlarını, o cümlədən Belarusun beynəlxalq öhdəliklərini pozur. 

Ağarza Elçinoğlu