"Microsoft" minlərlə iş yerini ixtisar etməyi və bəzi vəzifələri ləğv etməyi planlaşdırır. 

"Unikal" xəbər verir ki,  bu barədə "Reuters" məlumat yayıb.

"“Microsoft”un təxminən 11 min işçisini ixtisar edəcəyi gözlənilir ki , bu da şirkət işçilərinin 5%-ni təşkil edir. Şirkət bir sıra mühəndislik bölmələrində və işə qəbul bölməsində iş yerlərini ixtisar etməyi planlaşdırır",-  KİV-də  qeyd olunub.  

Elan edilmiş ixtisarlar rəqəmsal xidmətlərə tələbin azalması və qlobal iqtisadi mənzərənin pisləşməsi ilə əlaqədardır.