"Brovarıda helikopterin qəzaya uğraması nəticəsində həlak olan Daxili İşlər Nazirliyinin rəhbərliyi döyüş əməliyyatlarının getdiyi qaynar nöqtələrdən birinə uçurdu". 

"Unikal" Ukrayna KİV-ə istinadən xəbər verir ki, bu barədə prezident aparatının rəhbərinin müavini Kirilo Timoşenko brifinqdə bildirib.

"Daxili işlər naziri ölkəmizin qaynar nöqtələrindən birinə helikopterlə gedirdi", - Timoşenko bildirib.

Bununla yanaşı, Timoşenko Daxili İşlər Nazirliyinin strukturlarının işləməkdə və öz funksiyalarını yerinə yetirməkdə davam etdiyini açıqlayıb. 

Gülayə Mecid