Türkiyənin “Baykar” şirkəti və Küveyt Müdafiə Nazirliyi “Bayraktar-TB2”nin satın alınması üçün müqavilə imzalanıb.

"Unikal" xəbər verir ki, “Baykar” şirkəti Avropa, ABŞ və Çin şirkətləri arasında tenderi qazanan şirkət olub.

Tərəflər arasında 370 milyon dollarlıq müqavilə imzalanıb. Beləliklə, “Bayraktar-TB2”ni satın alan ölkələrin sayı 28-ə çatıb.