Hindistanda xoruz döyüşləri zamanı iki kişi ölüb.

"Unikal" xəbər verir ki, döyüşdən əvvəl xoruzların pəncələrinə bıçaqlar taxılıb ki, döyüş daha möhtəşəm olsun. Lakin bu prosesdə quşlardan biri qorxaraq izdihamın içinə uçaraq tamaşaçıları kəsib. Zərərçəkənlərdən biri, 43 yaşlı kişi ağır qanaxma ilə xəstəxanaya çatdırılıb və gəldikdən qısa müddət sonra dünyasını dəyişib.

Tezliklə əlləri bıçaqlı xoruz tərəfindən kəsilən daha bir ölü haqqında məlumat yayılıb. Kişinin də böyük qan itkisindən öldüyü bildirilir. Hindistan qanunlarına görə, bıçaqdan istifadə edilən xoruz döyüşləri qadağandır, lakin təşkilatçılar əyləncə xatirinə buna göz yumurlar.

Bir qayda olaraq, bu cür tədbirlər qalibə mərc edən yüzlərlə insanı bir araya toplayır.