İsveçdə nəşr olunan "Flamman" qəzeti Ərdoğanın karikaturaları üçün müsabiqə elan edib.

"Unikal" xəbər verir ki, qəzetin baş redaktoru Leonidas Aretakis çərşənbə axşamı bildirib ki, satirik filmə görə mükafat 10 min İsveç kronu (1000 avro) olacaq.

Ötən həftə İsveç kürd icmasının fəallarının Stokholmun tarixi bələdiyyə binası qarşısında Ərdoğana oxşayan müqəvvasını başıaşağı asması Ankaranı qəzəbləndirib.