Ukrayna hərbçiləri yanvar ayının 18-də Luqansk və Donetsk vilayətlərində uğurlu əməliyyatlar həyata keçirib. 

"Unikal" xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat dərc edib. 

Məlumata görə, Rusiyaya məxsus "Ka-52" helikopteri və Merlin-VR PUA-sı vurulub.

Bundan əlavə, raket qoşunlarının bölmələri və artilleriya bölmələri ruslara məxsus 3 idarəetmə məntəqəsini, onların 5 cəmləşdiyi ərazini, 1 silah-sursat anbarını və 2 digər mühüm obyektini vurub.

Ağarza Elçinoğlu