Rusiya Yeni Zelandiyaya sanksiya tətbiq edib.

"Unikal" Rusiya mətbuatına istinadən xəbər verir ki, rəsmi Moskva cavab tədbiri olaraq Yeni Zelandiyanın hökumət rəsmiləri və jurnalistləri arasından 31 nəfərin ölkəyə girişinə qeyri-müəyyən müddətə qadağa qoyub.

Yeni Zelandiyanın anti-Rusiya kursu ilə əlaqədar olaraq "stop-list"-in yenilənməsi üzrə işlər davam etdiriləcək.