Prezident


Podqoritsada dövlət başçısının rəsmi qarşılanma mərasimi olub

Xorvatiyaya rəsmi səfərini başa vuran Azərbaycan prezidenti İlham Əliyev martın 12-də Monteneqro Respublikasına rəsmi səfər edib.

Unikal.org-un məlumatına görə, Podqoritsa Beynəlxalq Hava Limanında prezident İ. Əliyevin rəsmi qarşılanma mərasimi olub.

Azərbaycan dövlət başçısını Monteneqro prezidenti Filip Vujanoviç qarşılayıb.

Monteneqronun dövlət və hökumət nümayəndələri Azərbaycan prezidentinə, Azərbaycan nümayəndə heyətinin üzvləri isə Monteneqro prezidentinə təqdim olunub.