Tini Koks Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidenti seçilib.

"Unikal" xəbər verir ki, bu barədə AŞPA-nın "Twitter" səhifəsində məlumat verilib.

“İkinci bir illik müddətə yenidən AŞPA prezidenti seçilmiş Tini Koksu təbrik edirik!” - mesajda deyilir. O, AŞPA-nın 34-cü prezidenti və bu vəzifəni tutan üçüncü Hollandiya vətəndaşı olub. Seçkilərin nəticələrinə görə, 175 deputat Tina Koksa, 44 nəfər isə xalq deputatı, Ali Radanın Xarici Siyasət Komitəsinin sədri Oleksandr Merejkona səs verib.