Tovuz rayonunun Düz Cırdaxan kəndində ümumi sahəsi 1 ha olan istixananın polietilendən ibarət üzlüyü 150 m² sahədə yanıb.

FHN-dən "Unikal"a verilən məlumata görə, istixananın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.