Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu ilə azərbaycanlı həmkarı Ceyhun Bayramov arasında telefon danışığı olub.

"Unikal" xəbər verir ki, Çavuşoğlu Azərbaycanın İrandakı səfirliyinə edilən hücumu pisləyib.

"Can Azərbaycanın yanındayıq", - deyən XİN rəhbəri şəhid olan səfirlik əməkdaşı üçün başsağlığı verib, yaralananların tezliklə sağalmasını arzulayıb.

Bundan sonra o, İrana da zəng edib.

"Azərbaycan nümayəndəliklərinə hücumlar son vaxtlar artıb, İrana səslənirik, hücumun arxasındakı həqiqət üzə çıxmalıdır. Diplomatik nümayəndəliklərin qorunması ev sahibi ölkələrin məsuliyyətidir, cinayətkarlardan ən qısa zamanda tutlmasını gözləyirik. Heç bir ehtimalı gözardı etmək lazım deyil. Bayramov "əlimizdə fərqli məlumatlar var" dedi", - deyə Çavuşoğlu açıqlayıb. 

Ağarza Elçinoğlu