Bir müddətdir sevgili olduğu modelyer Samar Dadqar ilə gizli evlənən müğənni-aktyor Özcan Dəniz bal ayından qayıdıb.

"Unikal" xəbər verir ki, Dubayda dincələn sənətçi jurnalistlərin obyektivinə tuş gəlib.

Anası Kadriyenin Özcanın evliliyini qəbul etməməsi ilə bağlı iddialara ifaçı "Ailə problemləri ailə içində qalacaq" cavabını verib.

Evliliyindən danışan sənətçi "Dostlar və ailə arasında kiçik bir məclis etmək istədik" deyərək, oradan uzaqlaşıb.