ABŞ-ın Türkiyədəki səfirliyi öz vətəndaşlarına İstanbulun mərkəzində terror aktları təhlükəsi barədə xəbərdarlıq edib.

"Unikal" xəbər verir ki,  bu barədə  ABŞ KİV-ləri məlumat yayıb. 

"ABŞ hökuməti öz vətəndaşlarını İstanbulda və ya qərblilərin daha çox üz tutduqları digər yerlərdə kilsələrə, sinaqoqlara və diplomatik nümayəndəliklərə qarşı ehtimal edilən və gözlənilən terror hücumları barədə xəbərdarlıq edir. Xüsusilə bunlar Beyoğlu, Qalata, Taksim və İstiqlal rayonlarıdır”, - səfirlikdən bildiriblər.

Seymur Əli