Azərbaycan tərəfi bu gün Beynəlxalq Ədalət Məhkəməsində açıq şəkildə nümayiş etdirdi ki, Ermənistanın Qarabağda qeyri-qanuni iqtisadi fəaliyyəti Azərbaycanın ekologiyasına böyük ziyan vurub.

"Unikal" xəbər verir ki, bu barədə Azərbaycanın Niderland Krallığındakı səfiri Rəhman Mustafayev “Twitter“ hesabında paylaşım edib."Laçın yolunun bağlanmasını sübut edən real faktlar yoxdur, Ermənistan Azərbaycandan fərqli olaraq vəziyyəti həll etmək üçün dialoqa can atmır”, - diplomat qeyd edib.