"İsrail İranın müdafiə obyektinə hücuma görə məsuliyyət daşıyır".

"Unikal" TASS-a istinadən xəbər verir ki, bunu İranın BMT-dəki daimi nümayəndəsi Amid Səid İrəvani deyib.

"İlkin araşdırmanın nəticələri göstərir ki, sionist rejim İsfahan şəhərində Müdafiə Nazirliyinin obyektinə edilən terror hücumuna görə məsuliyyət daşıyır, bu rejimin hərəkətləri beynəlxalq hüququ pozur və pislənir”, - deyə İrəvani vurğulayıb. 

Qeyd edək ki, yanvarın 29-na keçən gecə İranın mərkəzi hissəsində yerləşən İsfahan şəhərində güclü partlayış baş verib. Daha sonra ölkənin Müdafiə Nazirliyi bəyan edib ki, dronlardan istifadə etməklə idarənin mərkəzlərindən birinə uğursuz hücum edilib.