"Zəngəzur dəhlizi hamının faydasına olacaq".

"Unikal" xəbər verir ki, bu barədə Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib.

Nazir Türkiyənin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesini dəstəklədiyini vurğulayıb: " Zəngəzur dəhlizinin açılması hamını xeyrinədir və dəhlizin açılması bütün regiona sülh və sabitlik gətirəcək. Ölkələrin təhlükəsizliyi üçün biz bu layihəni tam şəkildə dəstəkləyirik”.