İtaliyada ən güclü mafiya təşkilatlarından birinə liderlik edən Edqardo Qreko pizza bişirərkən yaxalanıb. 

"Unikal" xəbər verir ki, 63 yaşlı Edqardo Qreko İtaliyanın cənubundakı Kalabriyada güclü mafiya təşkilatı olan məşhur "Ndrangheta"nın lideridir. 

Belə ki, 16 ildir İnterpol tərəfindən axtarışda olan Qreko Fransanın Sent-Etyen şəhərində italyan restoranını işlətdiyi məlumolub.  Polislər onu restoranında pizza bişirərkən yaxalayıb. 

İnterpolun verdiyi açıqlamada "təhlükəli qaçaq" olaraq xarakterizə edilən Qrekonun Stefano və Cüzeppe Bartolomeonun qətlinə görə ömürlük həbs cəzasını çəkməsi üçün İtaliyada axtarıldığı bildirilib.

İtaliya polisi Bartolomeo qardaşlarının 1991-ci ilin yanvarında balıq tankında dəmir çubuqlarla döyülərək öldürüldüyünü bildirib.

Onların cəsədləri heç vaxt tapılmayıb. Bildirilir ki, onların cəsədləri turşuda həll olunub. 

Gülayə Mecid