Meksikanın Miçoakan ştatında  narkokartellər arasında toqquşma baş verib.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, saatlarla davam edən qarşıdurma nəticəsində çoxlu sayda insanın öldüyü iddia edilib. Ərazidə 6 yanmış avtomobil tapılıb.

Gücləndirici qrupların gəlməsi ilə təhlükəsizlik qüvvələri bölgədə genişmiqyaslı əməliyyata başlayıb.

Baş vermiş hadisələrlə bağlı Miçoakan ştatının Baş Prokurorluğu araşdırmalara başlayıb.

Seymur  Əli