Ukraynanın Zaporojye vilayətinin Enerqodar şəhərində güclü partlayış baş verib.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə məlumatı “Rusiya ilə birlikdəyik” hərəkatının sədri və vilayətin administrasiyasının baş şurasının üzvü Vladimir Roqov məlumat yayıb. 

Bildirilir ki,  ərazidə avtomobil partladılıb. Hadisə nəticəsində 1 nəfər ölüb.